Mingəçevir şəhərində oğurluq hadisəsi baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə təxminən 16-18 yaşlarında olan 4 gənc tərəfindən Aydın Məmmədov küçəsində yerləşən "Zaur marketdə törədilib.
Oğurluq market açıq olan zaman olub və müşahidə kameralarına düşüb.
Mingəçevir polisi faktla bağlı əməliyyat keçirərək şübhəli şəxsləri "isti izlər"lə yaxalayıb.
Məlum olub ki, onların bir qismi satıcını məşğul edib, digərləri isə öz niyyətlərini həyata keçiriblər. Lakin naşılıqları səbəbindən marketdəki müşahidə kameralarından xəbərsiz olublar.
Faktla bağlı araşdırma aparılır.