Masallı rayonunun Digah kəndində 0,5 ha biçilmiş və 0,7 ha biçilməmiş taxıl sahələri yanıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.

Göygöl rayonunun Üçtəpə kəndində 0,5 ha biçilməmiş taxıl sahəsi və 1 ton ot bağlaması yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.

Hər iki yanğın yanğın bölmələri tərəfindən söndürülüb.