Güclü külək və yağış axşam saatlarında Füzuli rayonunda bir sıra fəsadlar törədib.

Unikal.org report-a istinadən xəbər verir ki, külək rayonda xüsusən elektrik təsərrüfatına ciddi ziyan vurub.

Külək binaların dam örtüyünü dağıdıb, iri gövdəli ağacları aşırıb. Habelə rabitə xətlərinə də ziyan vurub.

Küləyin ardınca başlayan güclü yağış əsasən kənd təsərrüfatına ziyan vurub. Yağıntı biçilməmis taxıl zəmilərini yatırıb. Rayonun fövqəladə hallar komissiyası dəymiş ziyanla bağlı araşdırma aparır.