Biləsuvarda yol qəzası nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Unikal.org-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Biləsuvar rayonunda "Mercedes və "VAZ markalı minik avtomobilləri toqquşub. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Mercedes markalı minik avtomobilində sıxışmış vəziyyətdə qalmış sürücünün cəsədini, xəsarət almış 2 nəfər sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. 

Əməliyyat başa çatıb.