Göyçay rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 21:30 radələrində rayonun Çərəkə kəndində qeydə alınıb. Kənd sakini, 1968-ci il təvəllüdlü Habil Həmidov yaşadığı evin həyətində su motorunu işə salarkən ehtiyatsızlıq edib və kəsilmiş naqildə olan elektrik cərəyanı onu vurub. Hadisə nəticəsində 3 uşaq atası Habil Həmidov dünyasını dəyişib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.