Yevlaxda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Küçədə 50-55 yaşlı kişi yolu keçmək istəyən zaman avtomobil onu vurub. Ağır kəllə-beyin travması alan şəxs xəstəxanaya yerləşdirilib. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.