Mingəçevir şəhər sakini intihara cəhd edib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, bağlar yaşayış massivində yaşayan 1993-cü il təvəllüdlü şəhər sakini Şirinova Mətanət Qara qızı ailə münaqişəsi zəminində damarını kəsib.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
M.Şirinova iki uşaq anasıdır.
Faktla bağlı araşdırma aparılır.