Şagirdlərin diqqətinə çatdırılıb ki, tədrisin keyfiyyətinin və praktik yönümünün gücləndirilməsinə yönəlmiş tədbirlər, eyni zamanda, infrastruktur layihələri həyata keçirən Qərbi Kaspi Universitetində bu tədris ilindən mühəndislik ixtisasları üzrə kadr hazırlığı aparılır, universitetdə bu məqsədlə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, eləcə də Yüksək Texnologiyalar Parkı (Texnopark) fəaliyyət göstərir. Texnoparkda biznes-inkubasiya mərkəzi, texnoloji transfer ofisi, mexatronika və robototexnika laboratoriyası, ideya bankı və başqa mərkəzlər var. Texnoparkdan sərbəst istifadə imkanı yaradılıb. Belə ki, ideyası olan tələbələr və şagirdlər texnoparka müraciət edərək dəstək ala bilirlər. Texnopark orta məktəb şagirdlərini müntəzəm olaraq müxtəlif layihələrə, praktik çalışmalara cəlb edir və onlarda mühəndislik sahələrinə olan marağı artırmaq, eləcə də bacarıq və qabiliyyətlərini inkişaf etdirmək üçün səy göstərir. Texnoparkda universitetin tələbələri və orta məktəb şagirdlərinin birgə işlədiyi layihələrdən biri (Vooby - ingilis dilini onlayn öyrənmə platforması) Türkiyədə keçirilən beynəlxalq müsabiqədə 800-dək layihə arasından finala vəsiqə qazanaraq mükafatlandırılıb.
Qərbi Kaspi Universitetinin müəllimləri 15 000-ə yaxın məktəbli ilə görüşdü
17:48 20-06-2018
CƏMİYYƏT
Qərbi
Kaspi Universitetinin professor və müəllimləri 2017/2018-ci tədris ili ərzində Bakı
və regionlarda yerləşən 250-dən çox orta məktəbdə şagirdlərlə görüşlər keçiriblər.
Unikal.org xəbər verir ki, ümumilikdə 15000-ə yaxın məktəblinin iştirak etdiyi görüşlərdə şagirdlərə
imtahan öncəsi stressin aradan qaldırılması və doğru ixtisas seçimi
mövzularında, eyni zamanda əmək bazarında böyük tələbatın formalaşdığı mühəndislik
ixtisaslarının təbliği məqsədi ilə robototexnika təlimləri keçirilib.
Görüşlərdə
eyni zamanda Qərbi Kaspi Universiteti barədə də məktəblilərə məlumatlar
verilib. Bildirilib ki, son illərdə universitet tədrisin keyfiyyətinin aratırılması
məqsədi ilə tədbirlər həyata keçirib, metodiki təkmilləşdirmə məqsədi ilə beynəlxalq
institutlar və aparıcı ali təhsil ocaqları ilə əməkdaşlığı genişləndirib, eləcə
də maddi-texniki bazanın, infrastrukturun yaxşılaşdırılması yönündə əhəmiyyətli
adddımlar atıb.
Diqqətə çatdırılıb ki, hazırda universitet "Erasmus+ və "Mövlanə proqramları
çərçivəsində dünyanın nüfuzlu universitetləri ilə müəllim və tələbə mübadiləsi
həyata keçirir. MBA proqramında təhsil alan tələbələrin bir təhsil müddətində
üç diplom almaq imkan var. Belə ki, Qərbi Kaspi Universiteti, İsveçrənin Biznes
və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) və ABŞ-ın Potomak Universitetinin
birgə həyata keçirdiyi layihə ilə tələbələr bu ildən etibarən üç istiqamətdən
(menecment, marketinq, bank işi və maliyyə) birini seçib, əlavə dörd fənn keçməklə
üçüncü diplomu da əldə edə bilirlər.
Digər Xəbərlər
2024-12-23 09:10:30
2024-12-23 09:08:00
2024-12-23 08:58:57
2024-12-23 08:53:37
2024-12-22 21:28:52
2024-12-22 18:09:43
2024-12-22 16:21:25
2024-12-22 14:26:25
2024-12-22 13:22:10
2024-12-22 13:05:08
2024-12-22 11:01:35
2024-12-22 10:44:57
2024-12-22 00:48:58
2024-12-22 00:00:00
2024-12-21 22:40:55
2024-12-21 20:58:50
2024-12-21 19:04:07
2024-12-21 18:46:43
2024-12-21 18:15:44
2024-12-21 17:06:00