Bakı-Ələt-Astara yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində avtomobil qəzası baş verib.
Unikal.org xəbər verir ki, Qaradağ postu yaxınlığında Ələt istiqamətindən Bakıya doğru hərəkət edən, "Qaradağ Sement" ASC-yə məxsus betonqarışdıran maşın idarəetməni itirərək aşıb.
Qəza nəticəsində Ələt istiqamətindən Bakıya giriş bağlanıb.
Hadisə yerinə dövlət yol polisi əməkdaşları cəlb edilib, hazırda yolda avtomobillərin hərəkətinin təmin edilməsi istiqamətində tədbirlər görülür.(trend.az)