Şirvanda məskunlaşan Füzuli sakini, 1977-ci il təvəllüdlü Məmmədova Nəzakət Mürşüd qızı kimyəvi maddə içib.
Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, qadın qida borusunun və yuxarı tənəffüs yollarının kimyəvi yanıq xəsarəti ilə ağır vəziyyətdə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
O, həkimlərin səylərinə baxmayaraq xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.
İntiharın səbəbləri müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.