Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfinÂdən sərÂÂhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlər uğurla daÂvam etdirilir.
Unikal.org xəbər verir ki, DSX əməkdaşlarının sayıqÂlığı və peÂÂÂÂşəkarlığı sayəsində son günÂlərÂdə 2 xarici vətəndaşın saxta sənədlərlə AzərÂÂÂÂÂÂbayÂcan RespublikaÂsının dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.
17 iyun tarixində "Bakı-Doha reyÂsinin rəsmiləşdirilməsi zaÂmaÂÂnı 1991-ci il təvəllüdlü Ali Shah adlı Pakistan vətəndaşının pasporÂtundakı Yaponiya vizasının həqiqiliyi şübhə doğurmuş, laboratoriya şəÂraitində dəÂrinÂləşdirilmiş yoxlama zamanı vizanın saxta olması təsdiÂqini tapıb.
19 iyun tarixində "Bağdad-Bakı reysi ilə gəlmiş İtaliya vətəndaşı 1985-ci il təvəllüdlü Yousif İbrahim John adlı şəxsin pasportunun həÂqiqiliyi şübhə doğurmuş, dərinləşdirilmiş yoxlama nəticəsində pasporÂtun məlumat səhifəsi dəyişdirilməklə saxtalaşdırılması müəyÂyən edilÂib. Araşdırma nəticəsində həmin şəxsin 1983-cü il təvəllüdlü İraq vətəndaşı Hayder Hashim İbrahim olması müəyyən olunub.
Saxlanılmış əcnəbilər barəsində müvafiq tədÂbirÂÂlər həyata keçirilir.