Bakıda "Bravo" marketlər şəbəkəsinin vəzifəli şəxsi döyülüb.
Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə "Bülbül Ekspres" filialında olub.
İnsan resursları şöbəsinin müdir müavini Pənah Ruşanov firma əməkdaşı tərəfindən döyülüb.
Belə ki, P. Ruşanovun istehsal tarixi olmayan malı qəbul etməməsi firma əməkdaşının etirazına səbəb olub. Daha sonra tərəflər arasında mübahisə yaranıb.
Firma işçisi isə market rəsmisini döyüb. Aldığı zərbələrdən ağır xəsarət alan P. Ruşanov xəstəxanaya aparılıb.