Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belarusun paytaxtı Minsk şəhərində Şərq tərəfdaşlığı ölkələrinin qeyri-rəsmi görüşünə qatılıb.

Unikal.org xəbər verir ki, tədbirdə Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla da görüşüb.

Ermənistan xarici işlər nazirinin sözçüsü Tiqran Balayan nazirlərin birgə çəkilən fotolarını şəxsi Twitter hesabında paylaşıb.

Görüşün detalları barədə hələlik heç bir rəsmi açıqlama verilməyib.