Bu gün təxminən saat 09:00-da "Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov-Dərnəgül" xəttinin avtomotik idarəetmə sistemində problem yaranıb.
Bu barədə unikal.org-a metronun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, son nəticədə qatarlar stansiyalara əllə idarəetmə hesabına qəbul edilib: "Buna görə də, qatarların bir qismi "Memar Əcəmi", bir qismi isə "Azadlıq prospekti" stansiyasindan geri qaytarılıb və sərnişinlər düşürülüb. Yalnız bəzi qatarlar "Dərnəgül" stansiyasına qədər hərəkət edə bilir. Saat 09:21-də həmin problem tam aradan qaldırılıb".