Səbail Rayon Məhkəməsində Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevin hüquqşünas Aslan İsmayılova qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi davam edib.

Unikal.org  APA-ya istinadən xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, Aslan İsmayılov Cinayət Məcəlləsinin 148-ci maddəsi üzrə 1500 manat cərimə olunub, 147.2- ci maddəsi üzrə ona bəraət verilib.

Həmçinin məhkəmə A. İsmayılov barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçib.

Qeyd edək ki, MMP-nin sədri H.Hacıyev hüquqşünas A.İsmayılovu xüsusi ittiham qaydasında məhkəməyə verib. H. Hacıyev A.İsmayılovun onun şərəf və ləyaqətini alçaltdığını iddia edərək, buna görə hüquqşünasın Cinayət Məcəlləsinin 147-ci (Təhqir) və 148-ci (Böhtan) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyib.

A.İsmayılov da qarşılıqlı olaraq H. Hacıyevi məhkəməyə verib.