Salyan rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org "Reporta istinadən  xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Yenikənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes markalı avtomobillə motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü, rayonun Yenikənd kənd sakini, 1994-cü il təvəllüdlü Mahir Adil oğlu Süleymanov müxtəlif dərəcəli xəsarətlər alıb. O, Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.