Cəlilabadda yol qəzası olub.

Unikal.org  APA-ya istinadən xəbər verir ki, rayon ərazisində baş verən hadisə zamanı bir nəfər xəsarət alıb.Belə ki, rayonun Gülməmmədli kənd sakini, 1980-ci il təvəllüdlü İntiqam Zöhrab oğlu İbrahimov qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yaralıya tibbi yardım göstərilib.Faktla bağlı araşdırma aparılır.