Göyçay rayon sakini şüşə ilə damarını kəsib. 

Unikal.org APA-ya istinadən xəbər veirr ki, Bəydövül kənd sakini, 1989-cu il təvəllüdlü Yusifov Orxan İsmixan oğlu toy məclisindən sərxoş vəziyyətdə evə qayıdaraq həyat yoldaşı ilə dava edib və sonra şüşə ilə qolunu kəsərək özünə xəsarət yetirib. Çoxlu qan itirən Orxan Yusifov təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ona tibbi yardım göstərilib, hazırda vəziyyəti kafidir.


Faktla bağlı araşdırma aparılır.