Mingəçevirdə yerləşən Azərbaycan İES-də bu gün səhər saatlarında lokal miqyaslı yanğın hadisəsi baş verib.

Unikal.org-un xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yanğını qısa zamanda söndürüblər.

Hazırda İES normal rejimdə fəaliyyətini davam etdirir.


12:35

Mingəçevirdə yerləşən "Azərbaycan İES-də yenidən yanğın başlayıb.

Unikal.org lent.az-a istinadən xəbər verir ki, hadisə yerində olanlar nasaz olan açarların birində yenidən yanğın başlayb.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğının tezliklə ram edilməsinə və yenidən ciddi problem baş verməməsi üçün yanğının tez bir zamanda söndürülməsi üçün çalışırlar. Ancaq alovların qarşısını almaq hələ ki mümkün olmayıb.