Səhiyyə Nazirliyi küçədə yüksək temperaturdan dünyasını dəyişənlərin olması barədə yayılan məlumatları təkzib edib.
Nazirliyin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova unikal.org-a bildirib ki, istidən dünyasını dəyişənlərin olması barədə deyilənlər düzgün məlumat deyil: "Əgər belə hadisələr olsaydı, bundan ilk xəbər tutan Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti olardı".
S.Əhmədova deyib ki, ötən gün ərzində yolda yalnız iki ölüm hadisəsi qeydə alınıb: "Onlardan biri 48 yaşlı Oleq Abramov "Koroğlu metrostansiyasının qarşısında, ikincisi isə Günəşli qəsəbəsində avtobusda dünyasını dəyişən 73 yaşlı sakin olub".