Bakıda yol polisinin əmrinə tabe olmayan sürücü ağır qəza törədib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib.

Belə ki, Koroğlu Rəhimov ilə akademik Həsən Əliyev küçəsinin kəsişməsində işıqforun yaşıl işığında "BMW" markalı avtomobil keçərkən polisdən qaçan və yüksək sürətlə qırmızı işıqda keçən "Mazda" ona çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillər deformasiyaya uğrayıb.

Əraziyə yol polisi əməkdaşları gəliblər. Qəzadan dərhal sonra "Mazda"nın sürücüsü avtomobilini tərk edərək uzaqlaşıb.

Hazırda polis "Mazda"nın sürücüsünü axtarır.