Bakıda qəbiristanlıqdan silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, aparılmış profilaktiki tədbirlər nəticəsində Baş Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən Zabrat qəsəbəsi ərazisindəki qəbiristanlıqda "AK markalı silah, 29 ədəd patron və 1 ədəd patron darağı tapılıb.