Masallıda minik maşını ilə yük maşını toqquşub, 4 nəfər xəsarət alıb. 

Unikal.org  APA-ya istinadən xəbər verir ki, hadisə Təzəkənd kəndi ərazisində qeydə alınıb."Shacman" markalı yük maşını ilə "Mercedes" markalı minik maşınının toqquşması zamanı sonuncunun sürücüsü, 1991-ci il təvəllüdlü Samir Şərafət oğlu Fərəcov, onun sərnişinləri - 1991-ci il təvəllüdlü Kənan Sakit oğlu Ağayev, 1995-ci il təvəllüdlü Cavid Azər oğlu Nəzərov və 1997-ci il təvəllüdlü İqrar Adıgözəl oğlu Fərəcli müxtəlif dərəcəli bədən xəsarəti ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda onların vəziyyəti orta-ağır qiymətləndirilir.Məlumata görə, hadisə "Mercedes" markalı avtomobilin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş verib. Nəticədə minik maşını yoldan çıxaraq aşıb.Faktla bağlı araşdırma aparılır.