Goranboy rayonunun Nizamikənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-a Daxili İşlər Nazirliyindən daxil olan məlumata görə, iyulun 5-də saat 15 radələrində Goranboy rayonunun Nizamikənd kəndi ərazisində Şadılı kənd sakini Vüsal Bayramov idarə etdiyi "VAZ-21011 markalı avtomobili qarşıda gedən Cəmil Talıbovun idarə etdiyi "Suzuki markalı avtomobilə vurub. Nəticədə C.Talıbovun sərnişinlərindən - arvadı Aidə Abdullayeva hadisə yerində ölmüş, digər sərnişini oğlu Rauf, habelə V.Bayramov və sərnişini həmkəndlisi Əlikram Sadıqov xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.