İyunun 30-da Bakıda özünü güllələyən polis əməkdaşı xəstəxanada dünyasını dəyişib.
Unikal.org Trend-ə istinadən xəbər verir ki, polis leytenantı Rüfət İsmayılov iyulun 4-də axşam saatlarında müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Mərhumun meyiti artıq ailəsinə təhvil verilib.
Xatırladaq ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı olan R.İsmayılov iyunun 30-da özünü güllələmişdi.
R.İsmayılovun silahla ehtiyatsız davrandığı üçün özünü güllələdiyi bildirirlir.