Ötən gün Səbail rayonu, İslam Səfərli küçəsi 3-də yerləşən restoranda 14 yaşlı azyaşlının dönərə görə döyülməsi ilə bağlı məlumat yayılıb.
Unikal.org "Qafqazinfoya istinadən xəbər veirr ki, hadisə sözügedən ünvanda yerləşən "KFC restoranında baş verib. Belə ki, azyaşlı restorana daxil olmaq istəyib. Restoran mühafizəçiləri isə uşaq qaraçı olduğuna görə girişinə icazə verməyib. Bu zaman uşağın anası mühafizəçinin üzünə tüpürərək restoran ərazisini tərk edib.
Qeyd edək ki, ölkə.az saytının yaydığı məlumata görə, restoran işçiləri 2004-cü il təvəllüdlü Mirsüleyman Rəhimovu döyüblər. Zərərçəkən uşaq xəstəxanaya çatdırılıb və ona ilkin tibbi yardım göstərilib. Uşağın döyülməsi ilə bağlı xəstəxanadan polisə məlumat verilib. Xəstəxanaya gələn polis əməkdaşları uşağın ilkin izahatını alıblar.