Sumqayıt şəhərində 16 yaşlı oğlan dənizdə boğulub.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Xəzər dənizinin Sumqayıt sahilində baş verib.
Belə ki, Sumqayıt şəhər sakini, 2002-ci il təvəllüdlü İlkin İmran oğlu Məmmədov dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.