Rusiyalı məşhur prankerlər Vladimir Kuznetsov (Vovan) və Aleksey Stolyarov (Leksus) özlərini Ermənistanın baş naziri Nikol Paşinyan kimi təqdim edərək, Avropa Komissiyasının başçısı Jan-Klod Yunkerlə beynəlxalq vəziyyəti müzakirə ediblər, eyni zamanda onu Yerevana kabab yeməyə dəvət ediblər.
Unikal.org virtualaz.org-a istinadən bildirir ki,bundan savayı, prankerlər Avropa diplomatiyasının rəhbəri Federika Mogerini ilə də söhbətləşiblər. Söhbətlərin məzmununa görə, onlar Paşinyanın baş nazir seçilməsindən az sonra baş tutub.
Yunkerlə söhbət zamanı Vovan və Leksus ABŞ tərəfindən göstərilən təzyiqdən şikayətləniblər. Buna cavab olaraq avropalı məmur deyib ki, "biz dönə-dönə Trampa dünyanın necə qurulduğunu başa salmağa çalışırıq".
"O, nələrin baş verdiyini anlamır. Biz əmin olmalıyıq ki, o, Ermənistanda baş verənləri daha yaxşı başa düşməyə başlayacaq. Hər şey yaxşıdır. Uğurlar!" - Yunker bildirib.
Pranker həmçinin Avrokomissiyanın başçısını Yerevana dəvət edib və əlavə edib ki, "burada əla erməni barbeküsü hazırlanır və bizdə ona "kabab" deyirlər". Vovan və Leksus Yunkerə kababı Yerevanda meydanda hazırlamağı və "mitinqəbənzər" tədbir keçirməyi təklif ediblər.
"Bu da pis səslənmir! Mən gələn il gələcəyəm. Bu il artıq mümkün deyil, gələn il isə uyğun vaxt və imkan taparıq", - Yunker qeyd edib.
Öz növbəsində, prankerlərlə söhbətində Mogerini Ermənistanın yeni hakimiyyətinin bütün tərəfdaşlarla yaxşı münasibət saxlamağının vacibliyini qeyd edib və hər hansı bir tərəfə üstünlük verməkdən çəkindirib ki, Ukrayna ssenarisi təkrarlanmasın. Bu zaman o dilindən qaçırıb ki, bu cür yanaşmanı Brüssel heç də həmişə dəstəkləməyib.
"Biz ehtiyatla davranmalı və hadisələrin bu istiqamətdə istənilən inkişafından qaçmalıyıq. Bununla birgə vurğulamaq lazımdır ki, Ermənistan öz seçimini etmək haqqı olan ölkədir", - Mogerini bildirib.
O əlavə edib ki, Brüssel "müstəsna şərtlərlə dostluq" barədə xahiş etmir. "Bilirəm ki, əvvəllər başqa yanaşma sərgiləyirdik, lakin bizim üçün vacibdir ki, siz bu azadlığı hiss edəsiniz və hər hansı bir tərəfin, yaxud başqa tərəfdaşın xeyrinə seçim etmək məcburiyyətində qalmayasınız", - Mogerini vurğulayıb.
Siyasətşi əlavə edib ki, bu, konstruktiv tərəfdaşlıq üçün zəruri şərtdir, lakin "heç də həmişə hamı bu yanaşmaya riayət etmir".