Bakıda alışan vaqon yaxınlıqdakı tikililər üçün təhlükə yaradıb.
FHN-dən Unikal.org-a verilən məlumata görə, şəhərin Nərimanov rayonunda ümumi sahəsi 60 m² olan istifadəyə yararsız vaqonun yanar konstruksiyaları yanıb.
Hadisə yerinə dərhal yanğından söndürmə briqadası cəlb olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.