Ağdaş rayonunda oğurluq hadisəsi baş verib.
Unikal.org teleqraf.ccom-a istinadən xəbər verir ki, Ağdaş rayon polis şöbəsinə müraciət edən İsmayıllı rayon sakini F.Mikayılov iyulun 3-də şəhər ərazisində içərisində pulu, qızıl əşyaları, mobil telefon, sürücülük vəsiqəsi və eynəyi olan çantasının açıq talama yolu ilə əlindən alındığını bildirib.
-‹Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla onların İsmayıllı rayon sakini Turan Ağazadə və Ağcabədi rayon sakini Namiq İsmayılov olduqları müəyyən edilib.
-‹Soyğunçuluq yolu ilə əldə etdikləri "qənimət və sənədlər maddi sübut kimi onlardan götürülüb.
-‹Faktla bağlı cinayət işi başlanıb.