Bu gün səhər saatlarında özünü Yeni Günəşli qəsəbəsi, V massivindəki 5-ci binanın 9-cu mərtəbəsindən ataraq intihar edən Şəbnəm Rzayeva abituriyent imiş və Azərbaycan Tibb Universitetinə hazırlaşırmış.
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, bina sakinlərinin sözlərinə görə, 17 yaşlı Şəbnəm Rzayeva sonuncu qəbul imtahanında 580-dən çox bal toplayıbmış. O, özünü yaşadığı 7-ci binadan deyil, yaxınlıqdakı 5-ci binadan atıb.
Şahidlər deyib ki, Şəbnəm Rzayeva intihar edərkən sağ olub. Hətta təcili tıbbi yardım maşını gələndə də canını tapşırmayıbmış.
Onun rəfiqəsinin anası deyib ki, Şəbnəm ailədə 3 uşaqdan sonbeşiyi olub: "Ailədə bir qardaş, iki bacıdırlar. Gülərüz və həlim qız idi, hətta son günlərə qədər də depressiyada olmayıb. İlk imtahanda 530 bal toplamışdı, sonuncu imtahanda isə nəticələri bir az da yaxşılaşmışdı, 580 idi".
Qeyd edək ki, Ş. Rzayeva 278 saylı məktəbin məzunudur. Onun atası hazırda Rusiyadadır.
12:31
Bakının Suraxanı rayonunda intihar hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsi 33-cü polis bölməsindən baku.ws-ə bildirilib ki, Yeni Günəşlidə binaların birindən gənc qız yıxılıb.
Onun 9-cu mərtəbədən özünü atdığı bildirilir. O, hadisə yerində dünyasını dəyişib. Ölən şəxsin 2001-ci il təvəllüdlü Şəbnəm Xalədddin qızı Rzayeva olduğu bildirilir.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırmalara başlanılıb.
Hadisə şahidlərinin verdikləri məlumata görə, qız qəbul imtahanından az bal topladığına görə intihar edib.