Bakı şəhərinin Sabunçu rayonunda intihar hadisəsi baş verib.

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Bilgəh bağlarında həyət evində yaşayan 1965-ci il təvəllüdlü İmanov Fikrəddin Məlikheydər oğlu özünü asaraq intihar edib. Onun meyitini ailə üzvləri aşkarlayaraq hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Bildirilir ki, 53 yaşlı F.İmanovun əsəb sistemində problemlər varmış.