Lənkəranda bədbəxt hadisə baş verib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Havzava kəndində qeydə alınıb.
Bu gün günorta saatlarında Girdəni çayının Havzava kəndindən keçən hissəsində çayın məcrasını dəyişmək üçün ərazidə işləyən ekskavatorda nasazlıq yaranıb. Həmin nasazlığı aradan qaldırmağa çalışan sürücü - 1959-cu il təvəllüdlü Adıgözəl Lətif oğlu Bəyverdiyevin üzərinə ekskavatorun çalovu düşüb. A. Bəyverdiyev hadisə yerində dünyasını dəyişib. Onun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.