Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Unikal.org-un "reporta istinadən xəbərinə görə, hadisə rayonun Əsrik Cırdaxan kənd yolunda baş verib. Belə ki, yolu keçmək istəyən 2013-cü il təvəllüdlü Əhmədov Nihad Əhməd oğlunu maşın vurub. Yaralı piyada rayon xəstəxanasına aparılıb, ilkin yardımdan sonra Bakı şəhərindəki xəstəxanaların birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.