Şəkidə 33 yaşlı kişini ilan sancıb.

Unikal.org  APA-ya istinadən xəbər verir ki, iyulun 23-ü axşam saat 20 radələrində rayonun Baş Göynük kənd sakini Məmməd Fikrət oğlu Əliyev ilan sancma xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
 
MRX-dan APA-ya bildirilib ki, Məmməd Əliyev yaşadığı evin həyətyanı sahəsində işləyərkən ilan qəfildən olun sol ayağın baş barmağından sancıb. Müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılan Məmməd Əliyevə lazımi tibbi yardım göstərilib, ilan səhəri əleyhinə qarşı zərdab vurulub. Vəziyyəti orta-stabil qiymətləndirilir.