Şəki şəhərində silahlı insident olub.
Unikal.org Teleqraf.com-a istinadən xəbər verir ki, Şəki şəhər sakini Şahin Əlibalayevin münaqişə zəminində qonşusu Azər İbrahimovun evinin giriş qapısına tüfəngdən atəş açıb.
Baş verən silahlı insidentlə bağlı Şəki şəhər-rayon polis şöbəsinə zərərçəkmiş müraciət edib.
Hadisə zamanı xəsarət alan olmayıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şahin Əlibalayevin evindən müvafiq sənədləri olan "Vinçester tipli tüfəng, 6 ədəd patron və 1 ədəd süngübıçaq aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.