Rusiya prezidenti Vladimir Putin Cənubi Afrika Respublikasının paytaxtı Yohannesburqda keçirilən BRICS sammiti çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşüb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, görüş çərçivəsində iki lider arasında maraqlı dialoq dünya mətbuatın diqqətini cəlb edib.

Belə ki, Vladimir Putin Ərdoğana onu Türkiyədə restoranda şam yeməyinə dəvətini xatırladıb. Türkiyə başçısı Putinə təklifini hələ də qüvvədə saxladığını bildirib.

Rusiya prezidenti yalnız Ankarada rus ət məhsullarını müştərilərə təqdim edən türk restoranı olacağı təqdirdə gələcəyini deyib: "Nə vaxt Ankarada rus ət məhsullarını müştərilərə təqdim edən türk restoranı olsa gələcəm.