Hollandiya sakini evini kirayə verib tətilə gedib. Qayıtdıqları zaman gördükləri mənzərə qarşısında şok yaşayıblar. 

Unikal.org xarici mətbuata istinadən xəbər veirr ki, ölkənin paytaxtı Amsterdamda bir ailə evlərini kirayə vermək üçün internet vasitəsiylə mənzilə müştəri tapıb.

Bir müddət sonra geri qayıdan ailə üzvləri anlayıb ki, evi kirayə götürən xanımlar mənzildə kişilərlə görüşüb. Evdən priton, əxlaqsızlıq yuvası kimi istifadə edilib. Üstəlik bunun üçün eskort-xidmətlər təklif edən ilk saytlarda elanlar yerləşdirilib.

Hadisə ilə bağlı polisə məlumat verilib. Kirayəçilərin evdən çıxması üçün onlara 3 gün vaxt verilib. Qadınlar məskunlaşma icazəsinə malik olduğundan onların məsuliyyətə cəlb edilməsi gözlənilmir.