Misirdə avtobus yük maşını ilə toqquşub,
Unikal.org xəbər verir ki, hadisə Port-Səid şəhərinin yaxınlığında baş verib. Nəticədə 10 nəfər həyatını itirib və 17-si isə xəsarət alıb.
Bildirilir ki, avtobusda toxuculuq fabrikinin əməkdaşları olub. İlkin məlumata görə, qəzaya səbəb hər iki sürücünün sürət həddini aşması olub.