Çin Şərq Aviaşirkətinin əməkdaşlarını daşıyan avtobus bu gün Şanxayda körpünün altında qəzaya uğrayıb. 

Unikal.org  xəbər verir ki, hadisə nəticəsində 21 nəfər xəsarət alıb.Qəzaya səbəb, avtrobusun sürət həddini aşaraq ona aid olmayan zolaqda hərəkət etməsi olub. Bildirilir ki, bütün zərərçəkənlər xəstəxanaya çatdırılıb, onların həyatı üçün heç bir təhlükə yoxdur. Hadisənin tam nədən baş verməsi üzrə araşdırmalar davam edir.