Əfqanıstanda 35 yaşlı kişi 9 yaşlı "arvadı"nı öldürüb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı Sharafuddin adlı şəxs iki ildir, evli olduğu arvadını ailə-məişət münaqişəsi zəminində döyüb öldürüb. Belə ki o mübahhisə zamanı özünə "arvad" etdiyi uşağı boğub.
Hadisəni törədən kişi evdən qaçıb. Axtarışları davam etdirilir.
9 yaşlı Samianın atası qızını erkən nikaha məcbur etməkdə günahlandırılır. Həmçinin uşağın atası cinayətə görə həbs olunub.
Bildirilib ki, Samia cinayəti törətmiş Sharafuddinin ikinci arvadıdır. 9 yaşlı Samia ailələr arasında olan ədavətə son qoymaq məqsədilə ona zorla ərə verilib.