Azərbaycan Milli Məclisinin 2015-ci ilin yaz sessiyasında son iclası mayın 31-də baş tutacaq.
 
Unikal.org xəbər verir ki, Parlamentdən APA-ya verilən məlumata görə, iclasın gündəliyinə 12 məsələ daxildir.
 
Bunlar H. Səlimovun Şəki Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi barədə sənəd, Cəzaların İcrası, Cinayət məcəllələrində və bir sıra qanunlarda dəyişikliklərdir.