Xarici işlər naziri Elmar Məmmədyarov 16-cı Doha Qlobal Forumu çərçivəsində Qətər dövlətinin xarici işlər naziri Muhammad bin Abdurrahman bin Casim Al Tani ilə görüşüb.
Unikal.org xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin mövcud səviyyəsindən məmnunluq ifadə olunaraq, siyasi, iqtisadi, ticarət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.