Yunanıstanda yanğınlar nəticəsində ölənlərin sayı 94-ə çatıb.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin yanğınsöndürmə xidmətindən bildiriblər.

Məlumata əsasən, bu gün xəsarət alanlardan biri xəstəxanada dünyasını dəyişib. Ümumilikdə xəstəxanalarda yanğında xəsarət alan 11 nəfər həlak olub.

Bundan əlavə, xəstəxanalarda yanğınlarda 31 xəsarət alan qalır.

Qeyd edək ki, Yunanıstanda iyulun 23-ü bir neçə iri yanğın baş verib. Havanın çox isti olması və güclü külək yanğınsöndürənlərə yanğını söndürməyə imkan verməyib.