Türkiyənin tanınmış məşqçilərindən, keçmiş idmançı Kamal Yolcu Unikal.org-a müsahibə verib. O, müsahibəsində Azərbaycan Uşu və Muaytay-Tayboks Federasiyalarının Prezidenti Azər Həsənsoyun Türkiyədə və dünyada tanınmasından danışıb.
- Azər Həsənsoyla nə zamandan tanışsınız?
- Azər Həsənsoy mənim Uşu üzrə müəllimim olub. Biz onu 1992-ci ildən Uşu üzrə məşqçi kimi tanıyırıq. Biz Uşunu 1992-1995-ci illərdə Azər müəllimdən öyrəndik. Hazırda Türkiyə bu idman növünün inkişaf etməsi və tanınmasında Azər Həsənsoyun əməyi böyükdür. Türkiyə Uşu Federasiyasının əsası 1999-cu ildə qurulub.
- Sizcə Azər Həsənsoy necə bir idman xadimidir?
- Mükəmməl xarakterə sahib, idman sayəsində bilik və bacarıqları yüksək olan bidirdir.
Mən də onun tələbələrindən biriyəm. Türkiyə və digər xarici ölkələrdə də bunu deməkdən qürur duyuram.
- Sizə xaricdə bu barədə nə isə soruşurlar?
- Xarici ölkələrdə Uşunu Azər Həsənsoydan öyrəndiyimi eşidən insanlar mənə daha çox hörmət göstərir. Bu da Azər müəllimin beynəlxalq arenadakı hörmətinin ən gözəl nümunəsidir.
- Hazırda münasibətləriniz necədir?
- (*şəkil göstərir) Bu tələbələr Azər müəllimin bizə öyrətdikləri ilə Uşu öyrənirlər. Yəni deyə bilərik ki, onlar Azər müəllimin nəvələridir.
Azər müəllimlə hər zaman görüşüb, əlaqə saxlayırıq. 2013-cü ilin martında Rumıniyada keçirilən Avropa Çempionatında görüşdük. 2013-cü ilin iyul ayında Bakıda keçirilən Avrasiya çempionatında da görüşdük. Son görüşümüz 2014-cü ildə Antaliyadakı Uşu üzrə dünya çempionatında olub. Hazırda internet vasitəsi, telefonla mütəmadi olaraq əlaqə saxlayırıq.
- Hazırda siz idman sayəsində çalışmağa davam edirsiniz?
- 2010-cu ilə qədər "Karakuşaq dərgisi ilə əməkdaşlıq etdim, müxbir kimi çalışmışam.
2009-2014-cu illərdə Türkiyə Uşu Federasiyasında və 2013-2014-cü illərdə Balkan Dövlətlərinin Uşu Federasiyasında Hakimlər heyətinin prezidenti kimi fəaliyyət göstərdim. Hazırda Türkiyənin İdman Nazirliyində çalışıram və İstabulda uşu üzrə məşqçi kimi fəaliyyət göstərirəm.
Aygün İlqarqızı