Gürcüstanın ali məktəblərinə milli azlıqlar üçün nəzərdə tutulmuş "1+4 proqramı üzrə qəbul olan azərbaycanlı tələbələrin sayı artıb.

Unikal.org-un report-a istinadən məlumatına görə, bu barədə Gürcüstanın Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzinin rəhbəri Maya Miminoşvili məlumat verib.

Onun sözlərinə görə, proqram üçün qeydiyyatdan keçmiş abituriyentlərin 1211 nəfəri tələbə adını qazanıb və onların arasında azərbaycanlı abituriyentlər çoxluq təşkil edir: "Gürcü dili üzrə hazırlıq proqramı ilə bağlı müraciətlər artıb. Bu, çox yaxşı tendensiyadır. Ötən il proqram üzrə 1047 abituriyent ali məktəblərə qəbul olub.

Qeyd edək ki, "1+4 proqramı xüsusi olaraq Gürcüstanda yaşayan milli azlıqlar üçün hazırlanıb. Proqrama əsasən, abituriyentlər Azərbaycan, erməni və osetin dillərində ümumi biliklərdən test imtahanı verirlər. Ali məktəbə qəbul olmuş tələbələr bir il ərzində gürcü dilini öyrənirlər və daha sonra istədikləri ixtisas üzrə bakalavr pilləsi üzrə təhsil almaq imkanı əldə edirlər. İlin sonunda 60 kredit toplaya bilən tələbələr imtahan vermədən istədikləri fakultədə təhsillərini davam etdirə bilirlər