Türkiyənin Enerji Bazarlarının Tənzimləmə Təşkilatı yeni elektrik enerjisi tariflərinin müəyyən edilməsi ilə bağlı qərar qəbul edib.

Unikal.org-un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, 3 aydan bir tariflərə baxan təşkilat bu il bir ay tez - sentyabrın 1-də yeni qiymətlərin qüvvəyə minməsinə qərar verib.
"Resmi Gazetedə yer alan məlumatda deyilir ki, elektrik enerjisi tarifləri 14,6%-lə 16,2% arasında artırılıb.
Elektrik enerjisinin birdəfəlik tarifi 15%, üçvaxtlı tariflərdə isə gündüz 15%, gecə 16,2%, pik saatlarda isə 14,6% artırılıb.
Türkiyədə təbii qaz qiymətlərində də artım olub. Belə ki, BOTAŞ-ın elan etdiyi yeni qiymətlərdə təbii qazın tarifi əhali üçün 9%, qeyri-əhali (sənaye) üçün isə 14% artırılıb.