Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Argentina Respublikasının prezidenti Maurisio Makriyə təbrik məktubu ünvanlayıb.
Unikal.org-un məlumatına görə, təbrik mətnində deyilir:
"Hörmətli cənab Prezident,
Argentina Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Argentina xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".
Dövlət başçısının İordaniyanın kralı II Abdullah ibn Al Hüseynə təbrik məktubunda isə deyilir:
"Əlahəzrət,
Əziz Qardaşım,
İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş İordaniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".