"Vyana görüşündə qeyd edildiyi kimi, hərtərəfli və substantiv danışıqlara başlamaq üçün Azərbaycan xarici işlər naziri ATƏT-in Minsk qrupu həmsədrləri ilə yaxın vaxtlarda görüşə hazırdır".
Unikal.org xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev amerikalı həmsədr Ceyms Uorlikin prezidentlərin iyun görüşündən əvvəl həmsədrlərin xarici işlər nazirləri ilə görüşmək niyyəti ilə bağlı açıqlamasına cavab olaraq deyib.
Xatırladaq ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik açıqlamasında həmsədrlərin prezidentlərin razılaşdırdığı kimi, iyun ayında gözlənilən sammitə hazırlıq məqsədilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşməyə ümid etdiyini açıqlayıb.