Azərbaycan Uşu və Muaytay-Tayboks Federasiyalarının Prezidenti, Əməkdar məşqçi, Əməkdar İdman Xadimi Azər Həsənsoyun illər əvvəl çəkilmiş videosu yayılıb.
Unikal.org-un əldə etdiyi videodan da görünür ki, federasiya rəhbəri bu dəfə özü rinqə çıxıb.
Belə ki, 2005-ci ildə kikboks üzrə dünya çempionatında iştirak edib və sonda fəxri kürsünün ən yüksək pilləsinə sahib olub.
Görüntüdə A.Həsənsoyun yarımfinal və final döyüşləri əks olunub.
Xatırladaq ki, Azər Həsənsoy Azərbaycanda ilk federasiyanın yaradıcısıdır. O həm idmançı, həm də məşqçi kimi bir çox uğura imza atıb. Dünya çempionu titulun 2 dəfə sahib olan A.Həsənsoyu bu gün dünyanın bir çox ölkələrində tanınır.
Onun ən böyük əməklərindən biri də qardaş Türkiyə xalqını Muay-Tay idman növü ilə tanış edib. Qardaş ölkədə bu idman növünün federasiyasının yaradılmasında ən böyük əməyi olan şəxsdir.
Əməkdar İdman Xadimi olan A.Həsənsoy Uşu üzrə 6-ci Duan, Muaytay üzrə 14-cü XAN sahibi, 1-ci dərəcəli "Uşu Avropa medalı mükafatçısı, Uşu üzrə 3, veteranlar arasında kikboksinq üzrə 2 qat Dünya çempionudur.